Rusiya Dövlət Dumasının bir qrup deputatı xərçəng xəstəliyindən dünyasını dəyişmiş Janna Friskenin ölümü ilə bağlı təhqiramiz statuslar yazanlara qarşı ölçü götürülməsini tələb edirlər.
Valentina Tereşkova, Mariya Kojevnikova, İosif Kobzon, Yelena Nikolayevna, Oleq Nilov və Mixail Markelov Rusiya Baş Prokurorluğuna və Federal xidmətin rabitə, informasiya və kütləvi kommunikasiya rəhbərinə müraciət ünvanlayıblar.
Müraciətdə deyilir: "Bizim ünvanımıza minlərlə vətəndaş şikayəti daxil olub. Onlar VKontakte sosial şəbəkəsində fəaliyyət göstərən MDK qrupunun bağlanmasını xahiş edirlər. Sözügedən qrup Janna Friskeni ölümü mövzusunda təhqiredici və alçaldıcı statuslar yazırlar. Bu qrupu 6,5 milyondan çox izləyicisi var və bunların çoxu yeniyetmələrdir. Belə əxlaqsız qruplar bizim cəmiyyət üçün təhqiredicidir və yolverilməzdir. MDK kimi qruplar azyaşlıların və yeniyetmələrin əxlaqını pozurlar".
Cia.az
