|
Rusiyanın daha bir şəhərindən Lənkərana aviareys açılır

İyulun 5-dən etibarən Rusiyanın “UTAİR” aviaşirkəti Surqut - Lənkəran reysini bərpa edəcək. Cia.az-ın şirkətin saytına istinadən yaydığı məlumata görə, uçuşlar “Boeing 737-500” markalı təyyarələrlə həyata keçiriləcək. Surqut şəhərindən uçuş yerli vaxtla 15.10-da, Lənkərandan isə 20.40-da baş tutacaq. Uçuş müddəti 4 saat 30 dəqiqə təşkil edəcək.

Cia.az