|
Mövsümün trendi:

Son bir neçə aydır podiumda da özünə yer ayıran krujeva məşhurluğunu heç vaxt itirmir. Bu sezon isə ağ krujeva moda dünyasında daha aktualdır. Xanımlar 2015-ci ilin küçə modasında krujevalı qələm ətəklərə üstünlük verir.

 

2013-cü ildən bəri məşhur olan bol krujevalı ətəklər bu ilin modasında qələm ətək şəkilində qarşımıza çıxır. Krujevalı qələm ətəkləri sadə ağ köynək, ya da “boyfriend” köynəklə kombinə edin. Ayaqqabı olaraq isə klassik sneaker və slip on tərz idman ayaqqabıları seçin. Krujevalı qələm ətəkləri cins köynək və cins pencəklərlə də geyinərək fərqli kombinə yarada bilərsiz. 

Cia.az