Birləşmiş Krallığın təxminən 150 illik tarixi olan parlament binasının yenilənməsinə 7 milyard fut sterlinq vəsait sərf olunacaq.
Cia.az-ın məlumatına görə, bu günə qədər 26 hökumət quran və 1871-ci ildə tikilən İngiltərə Parlament binasının yenidənqurulması 6 il müddətində həyata keçiriləcək.
Bu barədə parlamentin hesabatında bildirilib.
6 il ərzində Britaniyanın qanunvericiləri Kraliça II Elizabet Konfrans Mərkəzi və ya Olimpiya Parkının Media Mərkəzində fəaliyyətlərini davam etdirəcəklər. Bununla bağlı yaradılan parlament komissiyası 1 il ərzində təklifləri araşdıracaq.
Xatırladaq ki, tarixi İngilis parlamentində son dəfə əsaslı yenidənqurma işləri 1950-ci ildə aparılıb.
Cia.az
