Türkiyənin Antalya əyalətinin Muratpaşa bölgəsində öz fotoşəklini sosial şəbəkədə paylaşan bir kişi daha sonra intihar edib.
Cia.az xəbər verir ki, daşınmaz əmlak bazarında işləyən Vəli Kırıcı naməlum səbəbdən iyunun 19-da Güzeloba məhəlləsi Kundu yolu istiqamətində yerləşən meşəyə gəlib.
Burada spirtli içki qəbul edən Kırıcı daha sonra mobil telefonu ilə öz şəklini çəkib və saat 19:00 radələrində Facebook-da paylaşıb.
Daha sonra içki içməyə davam edən Kırıcı, bir qədər sonra yaxınlıqdakı ağaca ip bağlayaraq, özünü asıb.
Onun cəsədini səhər saatlarında yolda təmizlik işləri aparan bələdiyyə işçiləri aşkarlayıblar.


Cia.az
