|
Azərbaycandan bu ölkəyə getmək istəyənlərin nəzərinə

Fransanın Azərbaycandakı səfirliyi viza müraciətləri ilə əlaqədar açıqlama yayıb.

Cia.az-ın məlumatına görə, açıqlamada yay fəsli ilə əlaqədar Fransa səfirliyinin konsulluq şöbəsinə ünvanlanan viza müraciətləri xeyli dərəcədə artdığı bildirilir. Bununla əlaqədar, Azərbaycan vətəndaşları viza müraciətlərini səfər tarixindən zəruri müddət öncə təqdim etməyə dəvət olunurlar.

Viza müraciətinin təqdim edilməsi üçün TLS agentliyi tərəfindən müəyyən edilən görüş üçün gözləmə vaxtı 10 iş gündür. Təqdim olunmuş viza müraciətlinin konsulluq tərəfindən baxılması üçün isə 3 iş günü zəruridir.

Konsulluğun işçi heyəti peşəkar, yaxud istirahət səfəri planlaşdıran Azərbaycan vətəndaşlarına səfərin hazırlanması zamanı bu məlumatda qeyd olunan müddətləri nəzərə almağı tövsiyə edir.

Cia.az