|
Ukrayna ordusu 3 əsgər itirdi

Ukraynanın şərqində gedən döyüşlərdə 3 əsgər ölüb, 14 nəfərsə yaralanıb. 

Cia.az-ın məlumatına görə, bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçusu Andrey Lisenko bildirib. 
Lisenko toqquşmaların səngimədiyini və bəzi ərazilərdə iri miqyasa keçdiyini qeyd edib.

BMT-nin məlumatına görə, ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hokumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6400-dən çox adam ölüb.

Bu ilin fevralında Minskdə tərəflər arasında atəşkəs sazişi imzalansa da vaxtaşırı toqquşmalar olur və bu son vaxtlar daha artıb.

Cia.az