Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama daha bir amerikalı girov – Abdul-Rahman Peter Kassiqin İŞİD terror təşkilatından olan yaraqlılar tərəfindən başının kəsilərək öldürüldüyünü təsdiq edib.
ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obama bu hadisəni “dünyanın haqlı olaraq qeyri-insaniyyətlə əlaqələndirdiyi terrorçu qrupun şər əməli” adlandırıb.
Avstraliyadakı G20 sammitindən qayıdarkən xəbər tutan Obama, Abdul-Rahman Kassiqin ailəsinə dualarını və baş sağlığı diləklərini çatdırıb.
Qeyd edək ki, bu videoda da İŞİD cəlladı əvvəlki videolarda olduğu kimi Britaniya ləhcəsində danışır.
