Taylanda dişini qonşusuna çıxartdıran bir kişi qanaxmadan dünyasını dəyişib.
Cia.az-ın məlumatına görə, Pree Namthip səhər saatlarında evinin qarşısında ağzı qanla dolu halda tapılıb. Hadisə yerindən çoxsayda ağrı kəsici dərmanlar tapan polislər meyiddə heç bir zədə izinə rast gəlməyincə hadisədən şübhələnib.
Araşdırmalarda məlum olub ki, dəhşətli diş ağrılarına dözməyən Namthipin Tee adlı qəssab qonşusundan dişini çıxartmasını istəyib. Qarşılığında isə ona 20 Baht (təqribi 1 azn) verib.
Qonşu ipin bir ucunu adamın dişinə, bir ucunu isə daşa bağlayıb. Sonra daşı uzağa tullayınca diş yerindən çıxıb, ancaq qanaxmanın qarşısını saxlaya bilməyib.
Cia.az
