|
Fransız-erməni icması işğal edilmiş Azərbaycan kəndlərində tikintiyə başlayıb

Bütün Ermənilərin Fondu - “Hayastan”  işğal edilmiş Azərbaycan ərazilərində - Qarabağın kəndlərində  daha üç icma mərkəzinin tikintisinə başlayıb. Azadinform xəbər verir ki, fransız-erməni icmasının sponsorluğu ilə həyata keçiriləcək layihəyə Qarabağdakı qondarma rejim də  əlavə maliyyə yardımı göstərəcək. 

Bu barədə sözügedən fondun rəsmi saytında bildirilib. Qeyd edilib ki, icmalar tikilən ərazilərin sakinləri arasında fermerlər də var.

Xatırladaq ki, bu fond 1994-cü ildə  Los-Ancelesdə yaradılıb. Fond Ermənistan iqtisadiyyatını yenidən qurmaq və yaşayış səviyyəsinin inkişafına kömək etməyi qarşısına  məqsəd qoyub. Həmçinin Dağlıq Qarabağ münaqişəsi zamanı dağılmış infrastrukturun qurulmasına da cəhdlər göstərib

Cia.az