|
Tanınmış rejissor dünyasını dəyişdi

Türkiyənin tanınmış ssenaristi və rejissoru, aktyor Başar Sabuncu dünyasını dəyişib. 
Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1943-cü ildə İstanbulda anadan olan sənətçi 82 yaşında həyatla vidalaşıb. 
Qeyd edək ki, Başar Sabuncu 100-dən çox radio-tamaşanın, müxtəlif filmlərin və teatr əsərlərinin müəllifidir. O, Nazim Hikmətin əsərlərinin qadağan olunduğu illərdə yazıçını İstanbulda tamaşaçılarla görüşdürmüş və bu səbəbdən 1980-ci illərdə işlədiyi yerlərdə rejissor kimi fəaliyyətinə son qoyulmuşdu. B.Sabuncu aktyor Şener Şenin çəkildiyi “Çıplak vatandaş”, “Zengn mutfağı” kimi məşhur filmlərin rejissorudur. Başar Sabuncu 3 beynəlxalq mükafatın sahibidir.

Cia.az