|
Rumıniyalı jurnalistin Bakı haqqında filmi

Rumıniyanın "TVR2" ictimai televiziya kanalında "Bakı küləklərin qoynunda" adlı sənədli film göstərilib. 

Azərbaycanda olmuş rumıniyalı jurnalistlər ölkəmizin tarixi, adət-ənənələri, Azərbaycanlıların qonaqpərvərliyi, "Bakı-2015" birinci Avropa oyunları barədə məlumat verib. 

Şəhərin gözəl guşələri, yaşıllıqları, aparılmış abadlıq işləri filmdə öz əksini tapıb. 

Məlumat üçün bildiririk ki, "TVR2" kanalında dünyanın müxtəlif şəhərləri haqqında veriliş hər həftə yayımlanmaqdadır.

Filmlə aşağıdakı linkdə tanış olmaq olar: http://www.tvrplus.ro//editie-cap-compas-341483

Cia.az