Bu gün məşhur rusiyalı müğənni Janna Friske ilə vida mərasimi keçirilib.
“Krokus siti holl”da keçirilən mərasimə ifaçının yaxınları və dostları ilə yanaşı, məşhurlar da qatılıb.
Tədbirdə azərbaycanlı müğənni Emin Ağalarov da iştirak edib.
Gündüz saat 2-dən başlayan vida mərasimi 8-ə qədər davam edib. Friske sabah Nikolo-Arxangelsk qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Janna Friske ağır sürən xəstəlikdən sürən ötən gecə vəfat edib. Müğənni 2 ilə yaxın beyin xərçəngindən müalicə olunub.
Cia.az

