|
Sellülitdən xilas olmaq üçün -

Yay aylarında qadınları narahat edən problemlərdən biri də sellülitdir.

Bu problemin aradan qaldırılması üçün fərqli üsullar, gellər, kremlər mövcuddur. Ancaq sellülitə qarşı təbii vasitələr də vardır ki, onları ev şəraitində özünüz hazırlaya bilərsiniz. Beləliklə, aile.lent.az Sellülitə qarşı mübarizədə təsirli olan təbii vasitələri təqdim edirik.

 

Zeytun yağı və səhər içdiyiniz qəhvənin ilıq çöküntüsünü qarışdırın. Zəif ilıq olan bu qarışımı qalın təbəqə şəklində sellülit olan bölgəyə çəkin. Bu qəhvəli qarışım qan dövranını sürətləndirəcəkdir. Bir neçə dəqiqə gözlədikdən sonra sərt şəkildə masaj edin. Ardınca ilıq su ilə qarışımı tamamilə üzərinizdən təmizləyin. Bu qarışımı çəkdikdən sonra streç plyonka ilə sarıyıb 15 dəqiqə gözləmək də effektiv təsir göstərir.

Bu proseduru 2-3 həftədən bir təkrar edə bilərsiniz.

Sellülitli bölgələrə müntəzəm masaj da qan dövranını sürətləndirərək bu problemdən xilas olmanızda yardımçı ola bilər.

Həftədə iki dəfə duş suyuna duz əlavə edə bilərsiniz.

Həmçinin sellülitdən xilas olmaq üçün mütləq bol su qəbul etməli olduğunuzu da unutmayın.

Cia.az