Fransa, Almaniya, Ukrayna və Rusiya xarici işlər nazirləri iyunun 23-də Parisdə Ukraynanın şərqindəki böhranı müzakirə edəcəklər.
Cia.az-ın məlumatına görə, bu barədə Fransanın xarici işlər naziri Laurent Fabiusiyu bildirib.
O deyib ki, görüşdə əsasən bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs sazişinə əməl edilməsi məsələsi müzakirəyə çıxarılacaq.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmayer bu gün telefonla danışıblar.
Söhbət zamanı onlar Ukraynanın şərqindəki hərbi əməliyyatlar, xüsusilə mülki obyektlərin atəşə tutulmasının təcili dayandırılmasının vacibliyini vurğulayıblar.
Xatırladaq ki, ötən ilin aprelindən indiyədək Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında gedən döyüşlərdə 7 minə yaxın insan həlak olub.
Cia.az
