|
İlham Əliyev Hikkiyə orden verdi

Ölkə prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib. 

Cia.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında söyləyib.

O bildirib ki, I Avropa Oyunları AOK rəhbərinin nəzarəti altında keçirilir. Nazir Patrik Hikkinin bu gün 70 yaşı olduğunu söyləyib: “Prezidentimiz Patriki Hikkini “Şərəf” ordeni ilə təltif edib. Mən də öz adımdan və xalqımız adından onu təbrik edirəm”. 

Nazir bu gün səhiyyə sahəsində işləyənklərin də bayramı olduğunu xatırladıb: “Səhiyyə işçiləri çox böyük işlər görürlər və bir çox insanların həyatını xilas ediblər. Mən onlara dərin minnətdarlığımı bildirirəm”.

Azad Rəhimov Azərbaycan yığması haqqında da danışıb: Hazırda 19 medalla siyahıda 2-ci yerdəyik. Oyunlar çox gərgin mübarizə şəraitində keçir. Oyunalara böyük diqqət hiss olunur. Tribunalarda hətta yerdə yoxdur və bütün biletlər satılıb”.

Cia.az