|
Sabah bu yollar bağlı olacaq-

Sabah Avropa Oyunları ilə bağlı paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Cia.az-ın məlumatına görə, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi xəbər verib.

“İyun ayının 17-i və 18-də velosiped yarışlarına start veriləcək. Bununla əlaqədar olaraq Bakı II dairəvi yolunda “Jumeirah Bilgah Beach Hotel”i yaxınlığındakı dairədən “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətindəki 5-ci km hissəyə qədər yol bağlanacaq”. 

Cia.az