|
PA rəsmisindən "G7" açıqlaması

""G7" – Yeddilik siyasəti ilə özünü beynəlxalq birlikdən ayırır və fövqəl birlik hesab edir".

Cia.az-ın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsindən yazıb.

Xatırladaq ki, bundan öncə də PA rəsmisi "Euronews" TV kanalını tənqid etmişdi. 

"Bu TV qərəzsiz media orqanı olduğunu göstərə bilmədi. Avropa ölkələrinin idmançılarının iştirak etdiyi möhtəşəm açılış mərasiminə ayırdığı vaxt "Euronews"un mahiyyətini ortaya qoydu. Amma bu kanal 2 “gey”in evlənməsi xəbərini 1 həftə saatda 4 dəfə göstərməyi vacib hesab edir", deyə Novruz Məmmədov qeyd edib. 

Xatırladaq ki, I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi iyunun 12-də baş tutub.

Cia.az