|
Utancaqlar oxusun!

Qatıq, turşu və tünd (bitter) şokolad utancaqlıq və digər sosial fobiyaların öhdəsindən gəlməyə yardımçı olur.

Cia.az-ın xəbərinə görə bu, ABŞ Merilend universitetində aparılan araşdırma nəticəsində məlum olub. Bu nəticəyə görə, tərkibində faydalı bakteriyalar olan probiotik qidalar bağırsaq florasını dəyişdirərək insan psixologiyası üzərində müsbət təsirlər yaradır. Alimlər bu cür qidaları qəbul etməyənlərdə utancaqlıq və s. ictimai fobiyaların digər insanlardan çox olduğunu müəyyən ediblər. 

Cia.az