|
Arif Məmmədovun statusu əlindən alındı

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri Arif Məmmədov vəzifəsindən geri çağırılıb.

Cia.az-ın məlumatına görə, diplomatik mənbələrdən APA-ya daxil olan məlumatda A. Məmmədov İƏT-in diplomatı statusundan məhrum edilib və təşkilat sıralarından qovulub.

Qeyd edək ki, A. Məmmədov 2013-cü ildə bu vəzifəyə təyin olunmuşdu. Daha əvvəl isə o, Azərbaycanın Brüsseldəki səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri vəzifələrində çalışıb.

Cia.az