"Azərbaycanın dövlətçilik tarixində ən mühüm günlərdən biridir. Təməl prinsiplərini Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycan etibarli əllərdədir."
Cia.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Milli Qurtuluş Günü ilə bağlı “Twitter” səhifəsində yazıb.
N.Məmmədov bildirib ki, vətənini sevən hər bir azərbaycanlı tarixi nailiyyətlərimiz ilə fəxr edir: "Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycanın müstəqilliyi əbədidir."
Xatırladaq ki, Azərbaycanda iyunun 15-i Milli Qurtuluş Günü kimi qeyd edilir. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandığı zaman, vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Cia.az
