Stilist Kardenin səkkiz ildir Parisin ətrafında bir muzeydə sərgiyə qoyulan dizaynları şəhər mərkəzində açılan muzeyə köçürülərək sərgilənməyə başladı.
Stilistin 60 illik paltar, aksesuar və bijüteriya dizaynları Marais bölgəsində köhnə bir qalstuk fabrikində – iki min metrlik muzeydə modasevərlərə təqdim olunub.
Muzeyin açılışına gələn 92 yaşındakı Pyer Kardenin kolleksiyası kəmərli ətəklər, gecə paltarları, papaqlar, ayaqqabılar və bijüteriyalardan ibarət olub. Pyer Kardenin burada mətbuata etdiyi açıqlamada dizaynlarının 2006-cı ildən bəri Parisin şimal ətrafındakı Saint-Ouendə olan bir muzeydə sərgiləndiyini, ancaq izləyicinin az olduğunu dedi. Karden, kolleksiyanın şəhər mərkəzinə köçürülməsi ilə muzeyin daha çox diqqət çəkəcəyinə ümid etdiyini deyib. //Kult.az
