Festivalda izləyicilərə təqdim olunacaq sənədli və animasiya filmlərinin sayı 260-dan çoxdur.
Təşkilatçıların verdiyi məlumata görə, XVIII Beynəlxalq Kinofestivalı “Qaranlıq gecələr” 14 noyabr tarixindən start götürərək 30 noyabra qədər davam edəcək. Sözügedən festivalda 10 beynəlxalq, 9 Avropa filminin nümayişi planlaşdırılır. Festival üç əsas hissədən ibarət olacaq. Festival boyu müxtəlif mühazirələr, konsertlər və sərgilərin keçirilməsi də planlaşdırılır. //Kult.az
