|
Saç uzadan -

Saçlar qadının gözəlliyidir. Saçlara enerji verib tez bir zamanda uzanmasına nail olmaq üçün Cia.az-ın təqdim etdiyi bu maskaları yoxlayın. Lazım olan ərzaqları elə mətbəxinizdən tapa biləcəksiz.

Maska 1.

2 banan

1 yumurta sarısı

1 çay qaşığı limon suyu

Bunları qarışdırıb saçlarınıza bütünlüklə yedirin, sellofanla sarıyıb üzərindən dəsmalla bükün. Yarım saat sonra adi şampunla yuyun. Yuduqdan sonra saçlarınız daha gur olacaq.

Maska 2.

1 stəkan portağal suyu

1 stəkan qatıq

Bu maskanı da saçlarınıza sürtüb yarım saat sonra yuyun.  

Maskaları həftədə 2 dəfə etsəniz, bəs edər.

Cia.az