Nude tonlar “fresh” görünsə də, bu yay öz yerini canlı rənglərə verib. Əsmər, ya da sarışın fərq etməz, hər kəsə çox yaraşan bu tonlardan ustalıqla istifadə etmək üçün bu yazını oxuyun.
Yayda enerjiverici bir makiyaj üçün tünd mavi göz qələmi və tünd çəhrayı dodaq boyasından istifadə edin. Qızılı rəng göz kölgəsi ilə gözlərinizi çevrələyib, bordoya çalan bir çəhrayı ilə göz makiyajını tamamlayın.
Makiyajınıza primerlə başlayın. Belə halda məsamə və incə cizgiləriniz az görünəcək. Təbii görünüş üçün primerdən sonra BB krem vurun.
Transparan pudranı az istifadə edib mat bir dəri əldə edin.
Göz qapaqlarına primer vurduqdan sonra qızılı rəng tonlardakı göz kölgəsini yastı fırça ilə göz üstünə vurun. Göz şəklini vurğulamaq istəyirsinizsə, bu dəfə eyni ton kölgəni əyri uclu bir fırça ilə kirpik diblərinin bayır qisimlərinə vurun.
Kirpiklərinizə ikiqat tuj vurun.
Dodaqlarınızı qara şəkər tozu vuraraq diş fırçası ilə masaj edərək pilinq edin. Tünd çəhrayı rəng dodaq boyasını dodaqlarınıza vurun. Salfetlə boyanın artığını götürün. Transparan pudra vurun. Sonra üzərindən yenə çəhrayı boya sürtün.
Cia.az
