|
Papua-Yeni Qvineyada 5,6 bal gücündə zəlzələ

Papua-Yeni Qvineya adası sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri Vevak şəhərindən 41 kilometr şimal-şərqə qeydə alınıb. Təbii fəlakət dənizin dibindən 10 kilometr dərinlikdə olub.

Dağıntı və ölənlər haqqında məlumat verilmir. Sunami təhlükəsi ilə bağlı narahatlıq olmadığı açıqlanıb.

Cia.az