|
Sanki özlərində problem yoxdur:

"Çox maraqlıdır, Azərbaycan möhtəşəm Avropa Oyunlarının açılışını edib və davam etdirir. Amma Avropa Parlamentində isə bəzi dairələr öz məkrli oyunlarından əl çəkmirlər”.

Cia.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb.

N.Məmmədov sanki onların özlərində heç bir problem olmadığını deyib. 

"Azərbaycanın “dərdini” çəkmək üçün dəridən qabıqdan çıxırlar”.

Xatırladaq ki, Avropa oyunlarının dünyanı heyrətə salan möhtəşəm açılış mərasimi iyun ayının 12-də baş tutub.

Cia.az