|
Amerika Ərdoğanın məğlubiyyətinə sevinir

ABŞ dövlət departamenti Türkiyədə keçirilmiş parlament seçkilərindən sonra ABŞ-Türkiyə əlaqələrində reset, yəni münasibətlərin ilkin vəziyyətə qaytarılmasını gözləyir. 

Cia.az-ın məlumatına görə, ABŞ dövlət departamentindən Türkiyənin “Hurriyet” qəzetinə verilmiş məlumatda deyilir: "Seçkilərdə əldə edilmiş nəticələrdən sonra ABŞ-Türkiyə əlaqələrində reset gözləyirik. Xüsusilə də, son bir neçə ildə Türkiyədən ABŞ-a qarşı edilən ittiham şərhlərindən sonra buna ehtiyac var. Yeni dövrdə ortaq dəyərlərlə yanaşı, ortaq düşmənlərə sahib olduğumuzun da anlaşılacağına ümid edirik".

Mənbə, keçmişdə iki ölkə arasında yranmış çətinlikləri yada salıb: "Türkiyə NATO üzvüdür və ABŞ-ın ortağıdır. Keçmişdə bəzi anlaşılmazlıqlar yaşanıb. Bunların aşılmasına ümid edirik". 

Cia.az