|
Avstriyalı idmançıların vurulması araşdırılır

“Avstriyalı idmançılarının avtobus tərəfindən vurulması hadisəsi hazırda polis tərəfindən araşdırılır”.
Bunu Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib. O bildirib ki, bu hadisədə alkoqollu içkinin rolu olub olmadığını güman etmək çətindir.

“Ancaq təbii ki, hadisə hazırda polis tərəfindən geniş şəkildə araşdırılır. Polis araşdırması bitdikdən sonra tam təfsilatlı açıqlama veriləcək. Biz bundan başqa nəsə deyə bilmərik”.

Xatırladaq ki, Atletlər kəndində qəza iyun ayının 11-də səhər saatlarında baş verib. Avtobus Avstiriyadan olan 15 yaşlı 3 üzgüçünü vuruv. Bunlar Vanessa Saxinoviç, Luna Payer və Verena Breyt olub. 

Onlardan ikisi dərhal Vyanaya göndərilib. Azərbaycan idmançıların müalicə xərclərini üzərinə götürüb. 

Cia.az