“Biz hamımız dünənki həyəcanı hələ də yaşayırıq. Dünən iki il ərzində görülmüş işin nəticəsinin şahidi olduq”.
Cia.az-ın məlumatına görə, bunu Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov kbu gün keçeirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu işə görə, ümumi rəy çox yüksəkdir.
“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq də Açılış Mərasimi ilə bağlı öz təəssüratlarını bildirib:
“Hamınız razılaşarsızınız ki, dünən ki, tədbir möhtəşəm idi. Bu işdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Bütün Azərbaycan xalqı Açılış Mərasimindən sonra qürur duydu. Katrenin dünən yalnız bir neçə saat vaxtı olub. Onu bu işinə görə, təbrik etmək lazımdır”.
Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasiminin təşkilatçısı Katerin Uqvu da mötəşəm mərasimdən danışıb. O uğurlu işə görə, komandasına təşəkkür edib.
“Onlar çox ağır işin öhdəsindən gəldilər. Mən bu səhər çox qürur hissi keçirirəm. Mən 2004-cü ildə Afinadakı açılışı həyata keçirmişəm. Alim Qasımovun musiqisi, xalçalar, Qobustandakı qaya rəsimləri və Azərbaycan milli mədəniyyəti bizə şou üçün ilham verdi. Biz Ladi Qaqa ilə sıx əməkdaşlıq etdik. O bizimlə işləyərkən hər şeyi gizli saxladı”.
Cia.az
