|
Daha bir tanınmış türk aktyoru vəfat etdi -

66 yaşlı Sümer Tilmaç dünyasını dəyişib.

Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ortaköy Esma Sultan Yalısında qatıldığı toy mərasimində halı pisləşən Sümer Tilmaç təcili xəstəxanaya qaldırılıb.

Onun xəstəxanaya aparıldığı zaman yolda vəfat ediyi bildirilib.

Aktyorun ölüm səbəbi açıqlanmasa da onun ürəktutmasından vəfat etdiyi ehtimal olunur.

CİA.AZ