|
Birinci Avropa Oyunlarının açılış mərasimi -

Təxminən 45 dəqiqədən sonra Bakıda ilk Avropa Oyunlarının açılış mərasımı başlayacaq.

Saat 17:00 etibarən tamaşaçıların stadiona buraxılmasına başlanıb. 

Təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Stadiona daxil olan tamaşaçıların bilerləri, şəxsiyyət vəsiqələri və özləri ciddi şəkildə yoxlanılır. Şəxsiyyət vəsiqəsi olmayanlar stadiona buraxılmır. 

19:46

Stadionda çoxlu sayda xarici tamaşaçılar var. Demək olar ki, dünyanın bütün ölkələrindən insanlara rast gəlmək mümkündür.

20:22

Açılış mərasiminə demək olar ki, dəqiqələr qalıb. Bakı Olimpiya Stadionu tam dolub. Yalnız VİP qonaqlar stadiona daxil olmayıblar. 

21:00

Birinci Avropa Oyunlarının açılış mərasimi başladı!

Cia.az