İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin “İrəli, İtaliya” (Forza Italia) partiyası vurulan erməni helikopterinə görə Azərbaycanı ittiham edib.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı İtaliyanın “ Free News Online” saytı yayıb.
Partiyanı parlamentdə təmsil edən deputatlar çıxış edərək bildiriblər ki, Azərbaycan ordusunun erməni helikopterini vurması Qafqaz müharibəsini yenidən qızışdıra bilər: “Biz azərbaycanlıların bu provakasiyasına qarşı çıxırıq. Artıq Avropa Birliyi, ATƏT, Rusiya Federasiyası, ABŞ və Fransa bu olaya öz münasibətini bildirib. İtaliya hökuməti isə susur”.
Qeyd edək ki, noyabr ayının 12-də saat 13.45 radələrində Ermənistanın işğal etdiyi Azərbaycan torpağında bir erməni helikopteri atəş açmağa cəhd göstərdiyinə görə vurulub.
