|
Tacikistan Prezidenti Azərbaycanda

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana gəlib.
Cia.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistan Respublikasının Prezidentini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar. 

Xatırladaq ki, Avropa Oyunlarının açılış mərasimi bu gün baş tutacaq.

Cia.az