|
Prezidentlər Bakıda görüşdülər

Azәrbaycan Prezidenti İlham Әliyev birinci Avropa Oyunlarının açılış mәrasimindә iştirak etmәk üçün ölkәmizә sәfәrә gәlәn Monteneqronun Prezidenti Filip Vuyanoviçlә görüşüb.
Cia.az-ın məlumatına görə, görüşdә ölkәlәrimiz arasında әmәkdaşlığın yüksәk sәviyyәdә olduğu, bu әlaqәlәrin daha da genişlәndirilmәsi vә möhkәmlәndirilmәsi üçün maraq vә imkanların mövcudluğu vurğulanıb. Birinci Avropa Oyunlarının əhəmiyyəti, bu Oyunların keçirilməsi üçün yaradılmış şərait yüksək qiymətləndirilib.

Həmçinin Ermәnistan-Azәrbaycan, Dağlıq Qarabağ münaqişәsinin hәlli ilә bağlı danışıqlar prosesi әtrafında fikir mübadilәsi aparılıb. 

Dövlәt başçıları TAP vә TANAP layihәlәrinin hәyata keçirilmәsinin perspektivlәrini müzakirә ediblər.

Cia.az