|
IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

Sentyabrın 16-dan 18-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Cia.az-a verilən məlumata görə, sərgidə stend sahəsi (6 kv.m.-dək) və avadanlıqlar iştirakçılara pulsuz veriləcək.

Nazirlikdən bildiriblər ki, IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmək üçün zəruri sənədləri (proqram, kataloq, iştirak şərtləri, ərizə-müqavilə) Təşkilat Komitəsindən əldə etmək mümkündür.

Yarmarkada iştirak haqqında ilkin məlumat 15 avqust, ərizə-müqavilə isə 1 sentyabr tarixinə qədər sərginin Təşkilat Komitəsinə təqdim edilməlidir.

Cia.az