|
Prezidentlər Bakıda

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 11-də Azərbaycana gəlib.

Cia.az-ın məlumatıhna görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tomas Baxı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç də birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident Tomislav Nikoliçi Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

Cia.az