Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin aprelin 24-də baş verən "soyqırım" böhranından sonra ilk dəfə olaraq Bakıda görüşəcək.
Cia.az-ın məlumatına görə, prezidentlər Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəklər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və Türkiyə liderlərinin Bakıda çox vacib görüşü olacaq. Görüş zamanı Suriya böhranından iki ölkə arasındakı ticarət və iqtisadi əlaqələrə qədər bir sıra mühüm məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, Putin Ermənistanın paytaxtı İrəvanda 1915-ci il hadisələri ilə əlaqədar təşkil edilən qondarma erməni soyqırımının 100-cü ildönümü ilə bağlı mərasimdə iştirak etmişdi. Bu isə Türkiyənin sərt reaksiyasına səbəb olmuşdu.
Cia.az
