|
Bakı-2015-ə xərclənən pul açıqlandı

"Hansısa təşkilat Gənclər və İdman Nazirliyinin büdcəsindən bir manatın kənara xərclənməsini sübut edərsə, mən öz vəzifəmdən istefa verməyə hazıram". 
Cia.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkənin illik idman büdcəsi 10 milyon təşkil edir. 

Nazir qeyd edib ki, xərclərin digər hissəsi idman komplekslərinin tikilməsinə və informasiya texnologiylarına sərf olunub. "Avropa Oyunlarının büdcəsi əvvəlcə 960 milyon manat olub. Sonradan 1 milyarddan bir qədər çox oldu. İdman sülh deməkdir və insanları birləşdirir. İdmanı siyasiləşdirmək istəyən təşkilatların heç biri öz məqsədlərinə çata bilməyəcək". 

Nazir idman oyunlarını siyasiləşdirməyə cəhd edənlər olduğunu deyib. 

Cia.az