|
Rza Zərrab avtomobilini təpikləyən qardaşları məhkəməyə verdi
Türkiyədə yaşayan azərbaycanlı iş adamı, müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrab avtomobilinə təpik vuran 3 qardaşı məhkəməyə verib.
Cia.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, artıq İstanbul Asliyə Cəza Məhkəməsində proses başlanılıb. İddianaməyə əsasən, sentyabrın 11-də Fatih Sultan Mehmet körpüsündən Baltalılimana doğru hərəkət edən Zərrabın sürücüsü geridə qalan cangüdənlərin avtomobilini gözləməyə başlayıb. Bu zaman isə Sərvət, Sinan, Sərkan Satır qardaşları avtomobillərindən enərək Zərrabın maşınının şüşəsini döyüb, rəqib firmadan olduqlarını deyib və onları izlədiklərini bəhanə edərək nəqliyyat vasitəsini təpikləyib yumurqlamağa başlayıblar. 

Rza Zərrabı isə “Biz rizəliyik, millətçiyik. Adamı güllələyərik” deyərək hədələyiblər. İfadələri alınan qardaşlar “Təpikləmək” itihamını rədd edərək “Üzləşmək istəmirik, günahkarıq” deyiblər. Hər 3 qardaş haqqında “Mülkə ziyan vurma”, “Təhdid” maddələri üzrə 10 aydan 5 ilədək həbs tələbi ilə məhkəmə prosesi başlayıb.
Cia.az