|
"Baku 2015" jurnalistləri belə salamladı

Dünən “Baku 2015” media mərkəzində jurnalistləri salamlama tədbiri keçirilib.
Jurnalistləri ilkin olaraq “Bakı-2015” Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru Ceyn Pirs salamlayaraq onlara uğurlar arzulayıb. 
Daha sonra yerli və əcnəbi jurnalistlərə canlı musiqi fonunda ziyafət təşkil olundu. Tədbirə ifaçı kimi dəvət alan Nurlan Növrəslinin “Sarı gəlin” kompozisiyasını dəvətlilərlə birgə oxuması və daha sonra jurnalistlərin milli rəqs, yallı oynamaları xarici meddianın diqqət mərkəzinə oldu. 

Gecədə maraqlı məqamlardan biri xarici jurnalistlərin Azərbaycan rəqsləri oynamaları oldu.

Qeyd edək ki, saat 20:00-dan 22:00-a kimi gedən tədbirdə 800-ə yaxın yerli və əcnəbi jurnalistlər iştrak etdi

Cia.az