|
“Müsavat AXCP kimi parçalana bilməz”

“Müsavat Partiyası daxilindəki indiki situasiyanın nə qədər tez və ağrısız yekunlaşması hazırkı rəhbərliyin tutacağı mövqedən asılıdır”.

Bunu aznews.az-a açıqlamasında Müsavat Partiyasının üzvü Tural Abbaslı deyib.

Onun fikrincə, bəzi xoşa-gəlməz nüansları çıxmaqla bütün bu məsələləri demokratiyanın əlaməti kimi də qiymətləndirmək olar: “Ancaq əgər partiya rəhbərliyi indiki yersiz radikal kursu və ritorikanı dəyişməyəcəyi təqdirdə bu vəziyyətin partiyanın xeyrinə olmayacağı da aydındır”.

“Müsavat AXCP-nin taleyini yaşa bilərmi?” sualına T.Abbaslının cavabı belə olub: “AXCP-nin taleyi deyərkən partiyanın parçalanmasını və bir neçə partiyanın yaranmasını nəzərdə tutursunuzsa, Müsavatda bunun baş verməsi mümkün deyil. Çünki Müsavat bir seçkiyə və ya bir qurultaya hesablanmış partiya deyil ki, qurultayın nəticələrinə görə parçalansın. Sadəcə olaraq tez bir zamanda qarşılıqlı dialoq və konsensus vasitəsi ilə bu problemlər həll olunmalıdır. Burada ultimatum və hədə qorxular yersizdir”.