Daha bir ölkənin rəsmi nümayəndəsi I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıda səfərdədir.
Cia.az-ın məlumatına görə, Latviya Respublikası parlamentinin sədr müavini Andrey Klementyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün bu gecə Azərbaycana gəlib.
Qeyd edək ki, sabah Bakıda I Avropa Oyunlarının rəsmi açılış mərasimi olacaq. Açılışda bir çox ölkə rəhbəri və onların nümayəndələri iştirak edəcək. 
Cia.az
