Xəbər verdiyimiz kimi, millət vəkili seçilən Dəniz Baykalla Türkiyə dövlət başçısı Ərdoğan arasında görüş keçirilib. FaktXəbər-in məlumatına görə, görüşdən sonra Baykal bir sıra sualları cavablandırıb. Baykal bildirib ki, görüşün səbəbi Böyük Millət Məclisinin yeni dövründə sədr kimi hansı işlərin görüləcəyi və parlamentin fəaliyyəti olub. Baykal koalisiya ilə bağlı suallara belə cavab verib:
"Mənim koalisiya ilə bağlı mövqeyim yoxdur, ola da bilməz. Mən millət vəkiliyəm. Partiyalar var, partiyaların başçıları, səlahiyyətli orqanları var. Onlar bu barədə öz qərarını özləri verir. Mənim bununla bağlı heç bir təşəbbüsüm ola bilməz."
Baykal bildirib ki, görüşdən sonra Kılıçdaroğlu ilə görüşəcək. Yeni sədr görüşün bütün detalları barədə CHP liderinə məlumat verəcəyini açıqlayıb.
**
Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla CHP-dən olan millət vəkili Dəniz Baykal arasında görüş başlayıb.
Prezident mənbələrindən bildirlir ki, Dəniz Baykal görüşə tək gəlib.
Baykal Böyük Millət Məclisinin yeni dövründə ən yaşlı üzv olduğundan parlamentə sədrlik edəcək. Bu səbəbdən, Ərdoğanın Böyük Millət Məclisinin açılışı və fəaliyyəti haqqında qiymət verəcəyi bildirilir.
Cia.az
