|
Buraxılış gecəsi üçün elə libas hazırladı ki... –
Nyu-Yorklu məktəbli Kima Makentayr buraxılış gecəsi üçün hazırladığı libası ilə sosial şəbəkələrin fenomeninə çevrilib.

Cia.az xarici mətbuata istinadən xəbər verir ki, paltarın dizaynını gənc qızın özü hazırlayıb. Uşaqlığında bir çoxları tərəfindən xor görüldüyünü bildirən Kima dizaynerliyi sevdiyini bildirib:

“İnsanların və mədəniyyətin müxtəlifliyi – mənim şüarım budur”.

Makentayr gələcəkdə təhsilini dizayn və modelyerlik istiqamətində davam etdirəcəyini söyləyib.
 
 


 

 

 

 

 

Cia.az