|
Bakının mərkəzindəki yanğının səbəbi -

Bakının mərkəzində yanğın “Azərbaycan” kinoteatrı ilə üzbəüz yerləşən "Bristol" otelinin birinci mərtəbəsində fəaliyyət göstərən restoranda baş verib.

Yanğın restoranın mətbəxindən başlayıb. İlkin ehtimala görə, yanğına səbəb qısaqapanma olub.

Oteldə olanlar dərhal təxliyyə edilib. Hadisə yerinə təxminən 4 yanğınsöndürən cəlb olunub və yanğın söndürülüb.


...23:46...

Bu gün axşam saatlarında Bakının mərkəzində, Səbayil rayonu Məmməd Əmin Rəsulzadə küçəsində yaşayış binasında yanğın baş verib.

Hadisə şahidlərinin oxu.az-a verdikləri məlumata görə, yanğın keçmiş “Azərbaycan” kinoteatrı ilə üzbəüz yerləşən binanın ikinci mərtəbəsində baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb ediliblər.

Alovun ram edilməsi istiqamətində işlər aparılır.





Cia.az