I Avropa Oyunlarında iştirak edəcək ölkələrin idmançıları Azərbaycana gəlməkdə davam edir.
Fransa, Belarus, İsveçrə, Hollandiya, Çexiya, İtaliya, Serbiya və Böyük Britaniyanın idmançıları artıq Azərbaycana gəliblər.
İdmançıları və ölkələrin nümayəndə heyətlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-2015” Əməliyyat Komitəsinin əməkdaşları, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun və birinci Avropa Oyunlarının könüllüləri qarşılayıblar.
Komandanın nümayəndələri xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıb. “Bakı-2015” Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yaratdığı xüsusi qərargah yarışlar başlayana qədər fasiləsiz fəaliyyət göstərəcək.
Qeyd edək ki, artıq Ermənistan idmançıları da paytaxtımıza gəlib. Səssiz-sədasız Azərbaycana gələn idmançılar artıq Atletlər kəndində yerləşdirilib.
Ermənistan 13 iyun tarixindən mübarizəyə qoşulacaq. İlk olaraq güləş üzrə kişilər arasında 59 kq Yunan-Roma Təsnifat Yarışlarında erməni güləşçi Roman Amoyan mübarizə aparacaq.
Cia.az
