Paytaxtın bir çox ərazilərində keyfiyyətsiz örtüklə üzlənən binalarda aparılan kütləvi söküntü işlərindən sonra təcili olaraq yanmaya davamlı materialların vurulmasına start verildi. Artıq bu tikililərdə işlər yekunlaşmaq üzrədir.
Artıq paytaxtda binaların fasadların üzlənməsi prosesi demək olar ki, yekunlaşmaq üzrədir. Hazırda görülən işlərin 90 faizindən çoxu görülüb.
Yasamal rayonu, Mətbuat prospektində iş icraçılarından aldığımız məlumata görə, ona yaxın binada işlər tamamilə sona çatdırılıb. Hazırda 5 binada işlərin tamamlanması prosesi həyata keçirilir.
Binəqədi rayonu Ziya Bünyadov prospektində olan binalarda isə rənglənmə prosesinin getdiyinin müşahidə etdik.
Metal konstruksiyarın sökülməsilə yanaşı, ərazidə təmizlik işləri də həyata keçirilirdi.
Nərimanov rayonu Ataturk prospektində də binalar yeni örtüklərlə bəzədilirdi. Burada işlərin tam sürətlə davam etdiyini gördük. İş icraçıları şifahi olarq bildirdilər ki, təmir-bərpa işlərinin sabah günün ikinci yarısında təhvil verilməsi planlaşdırılır.
Fövqəladə Hallar Nazirliyi də görülən işlərlə bağlı məlumat yayıb. Məlumata əsasən, poliuretan materialla üzlənmiş binaların fasad hissəsinə “Fibro sement” və “Modelpan” adlı süni tikinti materiallarından hazırlanmış üzlüklər vurulur.
Nazirliyin “İzotop” xüsusi kombinatının radioloji laboratoriyası tərəfindən aparılmış radioloji müayinənin nəticəsinə əsasən, hər iki üzlüyün tərkibində süni radionuklidlər aşkarlanmayıb.
Bundan əlavə bu üzlüklər yanmayan materiallar qrupuna aiddir.
Cia.az
