|
Üsyançılar hərbi bazanı ələ keçirdi

Suriya üsyançıları ölkənin cənubunda yerləşən hərbi bazanı ələ keçirib.
Cia.az-ın məlumatına görə, bu barədə üsyançı qruplarla əlbir olan “Cənub cəbhəsi” Harak şəhəri ətrafındakı hərbi bazanın zəbt edildiyini bəyan edib.
Bu Deraa əyalətindəki ən böyük bazalardan biri sayılır. Britaniyada fəaliyyət göstərən Suriya insan haqları mərkəzi həmçinin ətrafdakı şəhər və kəndin ələ keçirildiyini xəbər verib.

Döyüş zamanı 20 əsgər və 14 üsyançının öldüyü qeyd olunur. Bu baza paytaxt Dəməşqdən İordaniya sərhədinə gedən yolun yaxınlığında yerləşir.

Usyançıların son 3 ay ərzində Deraa əyalətində fəallaşdığı müşahidə olunur.

Cia.az