Bakıda "İçərişəhər" metrostansiyası yaxınlığında yanğın baş verib.
Bu barədə Cia.az-a hadisə şahidləri məlumat verib. Sakinlər yanğın hadisəsinin axşam vaxtı baş verdiyini və bir neçə dəfə kiçik partlayış səsləri eşitdiyini deyiblər.
Yanğın hadisəsi "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin "İçərişəhər" metrostansiyası yaxınlığında yerləşən yarımstansiyasının şaxtasında baş verib.
Hadisə yerinə yanğınsöndürənləri sakinlər çağırıb. Yanğın dərhal söndürülüb.
Cia.az
